Qazançı kilsəsinin bərpası tolerantlığın çağdaş örnəyidir

post-img

Şuşa Qlobal Media Forumunda iştirak edən “Economyfirst Limited London” şirkətinin direktoru Klaus Jürgens Qazançı kilsəsinində aparılan təmir-bərpa işləri ilə tanışlıqdan sonra deyib:

– Qazançı kilsəsini bərpa etmək və onun əzəmətini qoruyub saxlamaqla Azərbaycan öz sülhsevərliyini göstərir. Azərbaycan ermənilərdən fərqli olaraq bu əraziləri məhv etmək və ya talamır, əksinə bərpa edərək bütün dünyaya belə vəziyyətdə necə davrandığını göstərir. Bu məsələlərə hörmətlə ya­naşmaq yüksək humanizmdir. Azər­baycanın bu mövqeyi məni çox təsir­ləndirdi. Əminliklə deyirəm ki, Qazançı kilsəsinin bərpası tolerantlığın çağdaş örnəyidir.

“Xalq qəzeti”

Siyasət