Türkiyənin NTV kanalının xarici xəbərlər departamentinin rəhbəri Əhməd Yeşiltəpə mediaya açıqlamasında deyib:
– Şuşa şəhərinə gələrkən yolda iki fərqli mənzərə ilə rastlaşdım. Bir tərəfdə ermənilərin törətdiyi vandallıqlar, digər tərəfdə isə Azərbaycanın bərpa etdiyi Şuşa şəhəri var. Prezident İlham Əliyev isə Forum iştirakçıları ilə görüşü zamanı dünyaya bu torpaqların Azərbaycanın olduğunu, bu səbəbdən sahib çıxdıqlarını və yenidən inşa etdikləri mesajını verdi. Mən də gördüm və əmin oldum ki, Qarabağ Azərbaycanın ürəyi, Şuşa qeyrət rəmzidir.
Ə.Yeşiltəpə daha sonra qardaş ölkədə xalqımızın mədəniyyətinə, musiqisinə, burada baş verən hadisələrə çox böyük marağın olduğunu qeyd edərək bildirib ki, Türkiyə mediası bundan sonra da Türk dünyasının birliyində və həmrəyliyində qovuşdurucu dövlət olan Azərbaycan haqqında həqiqətləri geniş yayımlayacaq.
“Xalq qəzeti”

