Daşkənddə TÜRKSOY təntənəsi

post-img

Daşkənddə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Özbəkistan Beynəlxalq Məclislər Sarayında TÜRKSOY-a üzv dövlətlərin incəsənət kollektivlərinin iştirakı ilə təntənəli konsert olub. 

Tədbirdə Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Parlament Assamble­yası, TÜRKSOY-un rəhbərləri, təşkila­ta üzv dövlətlərin mədəniyyət nazirləri, Özbəkistanda olan xarici ölkələrin sə­firləri, diplomatlar, ölkənin elm, mədə­niyyət və incəsənət xadimləri, ictimaiy­yət nümayəndələri iştirak ediblər. 

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli də qonaqlar arasında olub.

Əvvəlcə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin TÜRKSOY-un 30 illiyi münasibətilə tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

Daha sonra çıxış edən Özbəkis­tanın Mədəniyyət və turizm naziri Azadbek Nazarbekov ölkənin TÜRK­SOY-dakı fəaliyyətindən söz açaraq Türk xalqlarının ortaq mədəni irsinin tə­dqiqi və təbliği sahəsində bu qurumun mühüm işlər gördüyünü qeyd edib.

Türk Dövlətləri Təşkilatının rəhbə­ri Kubanıçbay Ömüralıyev və TÜRK­SOY-un baş katibi Sultan Rayev çıxış­larında ortaq Türk tarixi-mədəni irsinin qorunması və daha geniş miqyasda təbliği, üzv dövlətlər arasında əmək­daşlıq, birgə layihələrin həyata keçi­rilməsi kimi əhəmiyyətli məsələlərdən söz açıblar.

Sonra üzv dövlətlərin folklor kollek­tivləri və incəsənət xadimlərinin iştirakı ilə bədii proqram təqdim olunub. 

 

Qulu KƏNGƏRLİ

Daşkənd

Son xəbərlər