Baş nazir Əli Əsədov qazaxıstanlı həmkarı Alixan Smailov ilə görüşüb

post-img

İyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailov ilə görüşüb. 

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, hökumət başçıları əv­vəlcə təkbətək görüş keçiriblər. Görüşdə ikitərəfli gündəliyin aktual məsələlərinə toxunulub. 

Sonra Baş nazirlər Əli Əsədov və Alixan Smailov nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər. 

Görüşdə Alixan Smailovun Qazaxıs­tanın Baş naziri vəzifəsinə yenidən təyin olunmasından sonra ilk xarici səfərini məhz Azərbaycana etməsindən məmnun­luq ifadə olunub. 

Qeyd edilib ki, ötən il Azərbaycan və Qazaxıstan arasında diplomatik münasi­bətlərin qurulmasının 30 illiyi ilə əlamət­dar olub. Bu illər ərzində iki ölkə bütün sahələrdə konstruktiv dialoq və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına nail olub. 

Vurğulanıb ki, prezidentlər İlham Əliyevin və Kasım-Jomart Tokayevin birgə səyləri ilə Azərbaycan-Qazaxıstan strate­ji tərəfdaşlığı bu gün bütün istiqamətlər üzrə inkişaf edir və genişmiqyaslı xarakter daşıyır. 

Tərəflər ali səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin iki ölkənin səmərəli əlaqələ­rinə böyük töhfə verdiyini qeyd ediblər. Azərbaycan Prezidentinin cari ilin aprelin­də Qazaxıstana uğurlu rəsmi səfəri bunun növbəti təsdiqi kimi qiymətləndirilib. 

Səfər çərçivəsində bir sıra mühüm sənədlərin imzalanmasının əhəmiyyəti vurğulandı, bunlardan ən mühümünün “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol”un olduğu qeyd edilib. 

Baş nazir Əli Əsədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Qazaxıstanda tədbirlərin yüksək səviyyə­də təşkilinə görə minnətdarlığını bildirib. 

Hökumət başçıları Qazaxıstan Prezi­dentinin Azərbaycana ötənilki rəsmi səfə­rinin səmərəli nəticələrini də qeyd ediblər. Vurğulanıb ki, bu səfər bir sıra çox mühüm sənədlərin imzalanması ilə də əlamətdar­dır. Xüsusilə “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndiril­məsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” Azərbaycan-Qazaxıstan əlaqələrini key­fiyyətcə yeni səviyyəyə yüksəldib. 

Qazaxıstan Prezidentinin işğaldan azad edilən Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnki­şafı Mərkəzinin inşası təşəbbüsünə görə minnətdarlıq ifadə olunub. 

Qeyd edilib ki, Azərbaycan və Qa­zaxıstan arasında əməkdaşlığın əsas istiqamətini ticari-iqtisadi əlaqələr təşkil edir. Tərəflər 2022-ci ildə əmtəə dövriyyə­sinin əhəmiyyətli şəkildə – təxminən 4,5 dəfə artaraq 600 milyon dollar həddinə çatmasından məmnunluq ifadə ediblər. İki ölkənin iqtisadi inkişaf səviyyəsi və poten­sialı nəzərə alınmaqla, yeni göstəricilərə nail olmaqdan ötrü bundan sonra da birgə səylərin ortaya qoyulacağına hazırlıq təs­diqlənib. 

Ticari-iqtisadi əlaqələrin inkişafı məsələlərinin həllində Birgə hökumətləra­rası komissiyanın rolu qeyd olunub. 

Görüşdə nəqliyyat-logistika əlaqələ­rinə prioritet əhəmiyyət verilməsi vurğu­lanıb. Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta Dəhliz) əhəmiyyəti xüsusi qeyd olunub. Ötən il Azərbaycan və Qazaxıstan arasında yükdaşımaların ümumi həcminin təxminən 3 dəfə, tranzit yükdaşımalarının isə 3,2 dəfə artmasın­dan məmnunluq ifadə edilib. Orta Dəhliz ilə yüklərin nəqlinin artırılmasına dair döv­lətlərimizin başçılarının tapşırıqlarının hö­kumətlər xətti ilə icra edilməsinə tərəflərin sadiqliyi ifadə olunub. 

Baş nazirlər neft-qaz sahəsində əməkdaşlığın müsbət məcrada inkişafını vurğulayıb, Qazaxıstan neftinin cari ildə Azərbaycan vasitəsilə üçüncü ölkələrin bazarına tədarükə başlanmasını məm­nunluqla qeyd ediblər. 

İki ölkənin kənd təsərrüfatı, mədə­ni-humanitar və digər sahələrdə qarşılıqlı əlaqələri müsbət qiymətləndirilib. 

Hökumət başçıları, həmçinin bir sıra digər sahələrdə, o cümlədən yüksək tex­nologiyalar, telekommunikasiyalar və bər­paolunan enerji sahələrində qarşılıqlı fay­dalı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. 

Azərbaycan və Qazaxıstan arasında danışıqların yekunlarına əsasən aşağıda­kı sənədlər imzalanıb: 

“AzerTelecom” MMC ilə “Kazakhtele­com” SC arasında Səhmdarlar Müqavilə­si”;

“Azərbaycan Dəmir Yolları” QSC, “Qa­zaxıstan Dəmir Yolları Milli Şirkəti” SC və “Gürcüstan Dəmir Yolları” SC arasında birgə müəssisənin yaradılması və fəaliy­yətinin əsas prinsipləri haqqında Saziş”;

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “KazMunayQaz Milli Şirkət” SC arasında Qazaxıstan neftinin Azər­baycan Respublikasının ərazisindən tran­zitinə dair strateji əməkdaşlıq haqqında Memorandum”;

“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Qazaxıstan Respub­likasının Mədəniyyət və İdman Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respub­likasının Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; 

“Azərbaycan Respublikasının Mədə­niyyət Nazirliyi ilə Qazaxıstan Respublika­sının Mədəniyyət və İdman Nazirliyi ara­sında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ara­sında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqın­da 24 may 2005-ci il tarixli Saziş”in icrası ilə bağlı 2023-2024-cü illər üçün Tədbirlər Planı”;

“Azərbaycan Respublikasının Rəqəm­sal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qa­zaxıstan Respublikasının Sənaye və İn­frastrukturun İnkişafı Nazirliyi arasında Görüşün Protokolu”;

“Azərbaycan Respublikasının Rəqəm­sal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qa­zaxıstan Respublikasının Sənaye və İn­frastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi və Orta Dəhlizin rəqəm­sallaşdırılması üzrə əməkdaşlıq Memo­randumu”;

“Azərbaycan Respublikasının İqtisa­diyyat Nazirliyi ilə Qazaxıstan Respubli­kasının Sənaye və İnfrastrukturun İnki­şafı Nazirliyi arasında gəmilərin və dəmir yolu lokomotivlərinin təchizatı sahəsində əməkdaşlıq haqqında Memorandum”.

“Xalq qəzeti”

Son xəbərlər