Bir əsrin iqtisadi nəticələri

post-img

Dünən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı işə başlayıb. “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən konfrans “Bir əsrin iqtisadi nəticələri” mövzusuna həsr olunub.

UNEC tərəfindən nəşr olunan “Türk dövlətləri işbirliyi: Mövcud vəziyyət, po­tensial imkanlar və gələcəyə istiqamətlən­miş perspektivlər”, “Exploring The Green Economy: Issues, Challenges and Be­nefits” və “Strateji idarəetmə” kitabları da konfransda nümayiş olunub. 

Rektor Ədalət Muradov bildirib ki, beynəlxalq elmi platformaların daimi üzvü olan və bu il beşinci dəfə keçirilən beynəlxalq konfrans özünəməxsus nai­liyyətləri ilə elmi ənənəyə çevrilib. Rek­tor konfransda Böyük Britaniya, İsveçrə, Avstriya, Macarıstan, Türkiyə, İsrail, Uk­rayna, Rumıniya, Özbəkistan, Qırğızıstan və Qazaxıstan kimi ölkələrin nüfuzlu 13 universitetinin tərəfdaş qismində iştirak etdiyini deyib.

Elm və təhsil naziri Emin Əmrullayev, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, TÜRKSOY-un Baş katibi Sultan Raev, Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perenin və ABŞ-ın Klivlend Kli­nikasının həkimi Şapur Ənsari Ulu öndə­rin əvəzsiz xidmətlərindən danışıblar. 

“Xalq qəzeti”

Sosial həyat