Ermənistanın törətdiyi təxribat nəticəsində yaralanan hərbçimiz danışdı (VİDEO)

post-img

Azərbaycan bayrağını öz ərazimizdə dalğalndırarkən Ermənistan tərəfi təxribata əl ataraq, bizi atəşə tutmağa başladı.

Trend-in məlumatına görə bu barədə ötən gün Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində törətdiyi təxribat nəticəsində yaralanan hərbiçimiz Elşən Rüstəmov deyib.

"Bu zaman biz silahsız idik. Düşmən tərəfi təxribata əl atarkən, biz tez bir zamanda mövqeləndik və bu zaman mən sol ayağımdan yaralandım", - deyə o əlavə edib.

Xatırladaq ki, ötən gün 15 iyun 2023-cü il tarixdə, saat 08:45-də Ermənistan silahlı qüvvələri Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətini pulemyotla atəşə tutublar.Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Qeyd edək ki, hazırda “Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb. Bildirilib ki, baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər keçid açılmayacaq.

Elşən Rüstəmovun daha geniş açıqlamasını videodan izləyə bilərsiniz:

Son xəbərlər