Ulu öndər beynəlxalq konqresdə yad edilib

post-img

Cənubi Koreyanın paytaxtı Seulda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 85-ci konqresi keçirilir. Ənənəyə uyğun olaraq əvvəlcə qitə bölmələrinin, o cümlədən  Avropa İdman Mətbuatı İttifaqınn (AIPS Europe) növbəti ali forumu  təşkil olunub.

Ölkəmizi hər iki məclisdə təmsil edən Azərbaycan İdman Jurnalistləri Assosiasiysının birinci vitse-prezidenti, AIPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə moderatoru olduğu qitə bölməsinin sosial media hesablarının cari vəziyyəti haqqında hesabat verib. Qeyd edib ki, ölkəsinin ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Azərbaycan İdman Jurnalistləri Assosiasiyası uğurlu layihələrə start verib. AIPS Europe üçün rəsmi internet saytının hazırlanması da həmin layihələr sırasındadır. Artıq bu sahədə müəyyən müsbət addımlar atılmışdır və işlər sürətlə davam edir.  

Təşəbbüs Avropa ölkələri milli assosiasiyalarının nümayəndələri tərəfindən alqışlarla qarşılanıb. AİPS Europe prezidenti Çarlz Kamenzuli bu istiqamətdə Nərgiz Mahmudzadənin rolunu və əməyini yüksək qiymətləndirib. 

“Xalq qəzeti”

 

Son xəbərlər