ANAMA baş verən ardıcıl mina hadisələri ilə əlaqədar vətəndaşlara müraciət edib

post-img

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) son günlər baş verən ardıcıl mina hadisələrinin sayının artması ilə əlaqədar olaraq vətəndaşlara bir daha müraciət edib.

ANAMA-dan "Xalq qəzeti"nə bildirilib ki, müraciətdə deyilir: “İşğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən qaydalara riayət etməmək, təhlükəsiz ərazilərdən kənara çıxmaq, xəbərdaredici nişanların tələblərinə riayət etməmək, məsuliyyətsiz və təkəbbürlü addım atmaq - sizi və yaxınlarınızı böyük faciə ilə üz-üzə qoya bilər. Bu kimi hadisələrin qarşısının alınması məqsədilə həmrəy olaq, öz üzərimizə düşən məsuliyyəti yerinə yetirək. Böyük Qayıdışa birgə və təhlükəsiz addımlayaq!”.

Son xəbərlər