YAP nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir

post-img

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının İstanbul vilayət təşkilatında görüş keçirilib

Görüşdən əvvəl Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və AK Parti Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş mətbuat konfransında jurnalistlərin suallarını ca­vablandırıblar.

Numan Kurtulmuş bildirib ki, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın dostluq və qardaşlıq münasibətləri, dövlət qu­rumlarımızın da işbirliyi ilə iki qardaş ölkə arasında münasibətlər sürətlə inkişaf edərək hazırda müttəfiqlik səviyyəsinə yüksəlib.

Türkiyə–Azərbaycan dostluğunun və qardaşlığının regionda yeni reallıq­lar yaratdığını söyləyən Tahir Budaqov postmünaqişə dövründə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərində Tür­kiyənin ölkəmizə verdiyi dəstəyi xüsusi vurğulayıb. Qeyd edib ki, Türkiyədə zəl­zələ nəticəsində zərər çəkmiş bütün böl­gələrdə aparılacaq quruculuq işlərində də ölkələrimiz birlikdə olacaq, bu işləri birgə həyata keçirəcək.

O vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi dostluq əlaqələri bütün bölgədə sabitlik və inkişaf üçün möhkəm əsaslar yaradıb. Bu proses artıq bütün dünyanın diqqətini cəlb edib, beynəlxalq güclərin maraq dairəsinə dü­şüb. Son illərdə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi və liderliyi ilə həyata ke­çirilən tədbirlər nəticəsində türk dövlət­lərinin daha da yaxınlaşmasının, vahid bir təşkilat olaraq fəaliyyət göstərməsi­nin şahidi oluruq. Yaranmış tarixi fürsəti düzgün qiymətləndirməli və bu imkandan türk dövlətlərinin hamısının faydalanmaq şansını əldən verməməliyik.

Son xəbərlər