“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC AÇIQ TENDER ELAN EDİR

post-img

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin 

Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti 

Lot –2. “5 ədəd su anbarının (Qaraçay, Qudyalçay, Qusarçay, Vəlvələçay və Türyançay çaylarında) texniki-iqtisadi əsaslandırmanın hazırlanması” layihəsi çərçivəsində “4 ədəd su anbarının (Qaraçay, Qudyalçay, Qusarçay və Vəlvələçay çaylarında) texniki-iqtisadi əsaslandırmanın hazırlanması” işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Satınalan təşkilatın adı– Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti

Əlaqələndirici şəxs– Qulam Şamil oğlu Aslanov (S .A.A.).

Satınalan təşkilatın ünvanı– Bakı şəhəri, Yasamal ra­yonu, Moskva prospekti-69a.

Əlaqələndirici şəxsin emaili– [email protected]

Əlaqə nömrəsi– (012) 431 08 64.

Satınalma predmetinin adı– “4 ədəd su anbarının (Qaraçay, Qudyalçay, Qusarçay və Vəlvələçay çayların­da) texniki-iqtisadi əsaslandırmasının hazırlanması”.

Ünvanı–Quba və Qusar rayonlarının inzibati ərazisi.

İşlərin qısa təsviri: Ümumi su tutumları 159 milyon ku­bmetr, o cümlədən: Quba rayonuna məxsus 27900 hek­tar ərazinin suvarma suyu ilə təmin edilməsi üçün ümu­mi su tutumları 142 milyon kubmetr üç ədəd (Qaraçay, Qudyalçay və Vəlvələçay üzərində) və Qusar rayonuna məxsus 20600 hektar ərazinin suvarma suyu ilə təmin edilməsi üçün ümumi su tutumu 17 milyon kubmetr olan bir ədəd (Qusarçay üzərində) su anbarlarının texniki-iqti­sadi əsaslandırmalarının hazırlanması. 

İşlərin yerinə yetirilmə müddəti – 8 aydır.

Tender təkliflərinin qiymətləndirilməsi meyarları:

Texniki təklif - 10 bal, o cümlədən: 

- iddiaçı bağlanacaq satınalma müqaviləsinin yerinə yetirilməsi üçün avans ödənişi tələb etmədiyi halda, bu meyar üzrə müəyyən olunmuş maksimal 10 balla qiy­mətləndiriləcəkdir. Əgər, iddiaçı tender təklifində 20 fa­izdən artıq avans ödənişi tələb edərsə, onda həmin iddi­açının tender təklifi kənarlaşdırılacaqdır. 20 faiz və daha az avans ödənişi tələb olunan tender təklifinin bu meyar üzrə alacağı bal aşağıdakı düstur əsasında hesablana­caq, (20 – X)/20x10 X - tender təklifində iddiaçı tərəfin­dən tələb olunan avans ödənişinin müqavilə qiymətinə nisbətdə faizi.

Ən az qiymət təklifi – 90 baldır.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi kadr və maliyyə imkanlarına malik olmaqla ya­naşı, iddiaçı son 10 (on) il ərzində baş podratçı (əsas layihəçi) kimi su tutumu 40 milyon kubmetrdən az olma­yaraq ən çoxu oxşar 4(dörd) iş görmə təcrübəsinə malik olmaqla bərabər ümumi su tutumları 160 milyon kubmetr və qulluq etdikləri suvarma sahəsi 50,0 min hektardan az olmamaq şərtilə su anbarlarının texniki-iqtisadi əsaslan­dırmalarının tərtib edilməsini əhatə etməlidir (təhvil-təs­lim aktları və işbitirmə sənədləri təqdim etməlidir).

İştirak haqqı– 5500 (beş min beş yüz) manat (iştirak haqqının məbləği “Dövlət Satınalmaları haqqında” Azər­baycan Respublikası Qanunun 29.1 maddəsinə müvafiq olaraq müəyyənləşdirilir).

İddiaçılar iştirak haqqını ödədikdən sonra satınalan təşkilata rəsmi müraciət etməklə tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. 

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektləri­nin birləşmiş müdiriyyəti

VÖEN– 1300300711 

h/h – AZ 10 IBAZ 380700194497 16100216 

“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı

m/h –AZ03NABZ01350100000000002944

Kod– 805562

VÖEN– 9900001881 

SWIFT : IBAZAZ2Х (AZIPS-in üzvü)

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tender təklifi təkliflərin açıldığı gündən sonra ən azı 45 bank günü qüvvədə olmalıdır. Tender təklifi Azər­baycan dilində tərtib edilməlidir (xarici dildəki tender tək­lifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

2. Tender təklifi qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı (bank zəmanəti, tender təklifinin qüv­vədə olma müddətindən 30 bank günü çox qüvvədə ol­malıdır (bank tərəfindən təqdim edilməlidir).

3. Azərbaycan Respublikasında vergilərə və digər ic­bari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdə­liklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbay­can Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud ol­maması haqqında müvafiq vergi orqanından arayış.

(vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əsli və ya notarial təsdiq edilmiş surətinin yerləşdirilməsi zəruridir);

4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

(son maliyyə dövrünə olan məlumatı əks etdirməsi sənədin əsli və ya notarial təsdiq edilmiş surətinin yer­ləşdirilməsi zəruridir);

5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

(bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əslinin və ya notarial təsdiq edilmiş surətinin yerləşdirilməsi zəruridir);

6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə. (kommersiya və hüquqi şəxs­lərin dövlət qeydiyyatı reyestrindən çıxarış iddiaçı tərəfin­dən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş formatında yerləşdirilməsi zəruridir);

7. Rekvizitlər (iddiaçının və ya bankın imzası və mö­hürü ilə təsdiq edilməsi zəruridir);

8. Satınalma prosedurlarının başlanmasından əvvəl­ki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edil­məməsi.

(Sənədlər DİN və ya “Asan xidmət” tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əslinin və ya notarial təsdiq edilmiş surəti zəruridir);

Sənədin verilmə tarixi elan verilmiş aydan etibarən olmalıdır __ _______ (ay il)

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qo­yulmaması, ödənişə yönəlmiş girovun olmaması, məh­kəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiy­yətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması.

(sənədlər vergi xidməti tərəfindən təqdim edilməli, cari rübü əhatə etməli, sənədin əslinin və ya notarial təs­diq edilmiş surəti zəruridir).

10. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, tex­niki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması.

İddiaçının ixtisas göstəriciləri əsas şərtlər toplusu­nun 3-cü “əsas şərtlər toplusunun məlumat xəritəsi” bölməsinin 13.3.8-ci bəndində verilmiş tələblərə uyğun gəlməlidir. İxtisas göstəriciləri haqqında məlumat əsas şərtlər toplusunun 8-ci “standart formalar” bölməsinin, 7-ci “podratçının ixtisas göstəriciləri haqqında məlumat” qoşmasında göstərilmiş forma və qaydada təqdim olun­malıdır.

İddiaçının adları qeyd olunan işçi qüvvəsi haqqında əlavə olaraq aşağıdakı sənədlər təqdim edilməlidir:

– layihənin baş mühəndisi haqqında – layihələndirdi­yi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (ümumi izahat kitabının titul vərəqində və layihə cizgilərində künc ştampında) adı və imzası olan sənədin surəti;

- topoqraf haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti;

- hidroloq haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti;

- mühəndis-hidrogeoloq haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (mühəndis-ge­ologiya bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti;

- ətraf mühit və iqlim dəyişmələri üzrə mütəxəssis haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siya­hı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (ekologiya bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti;

- iqtisadiçı-maliyyəçi (smeta üzrə mütəxəssis) haqqın­da - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (tikintinin toplu smetası bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti;

- meliorasiya qurğularının planlaşdırılması və la­yihələndirilməsi üzrə mühəndis (TTL) haqqında - la­yihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (tikintinin təşkili layihəsi bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti; 

- nasos stansiyaları və mexaniki avadanlıqlar üzrə mühəndis haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (nasos stansiyaları və mexa­niki avadanlıqlar bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti;

- elektrik mühəndisi haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə la­yihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti;

- avtomatika mühəndisi haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşı­rıq sənədində adı və imzası olan sənədin surəti;

- inşaat mühəndisi (konstruktor) haqqında - la­yihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (konstruksiya bölməsi üzrə vərəqin künc ştampında) adı və imzası olan sənədin surəti;

- (iddiaçı tərəfindən təqdim edilməli).

11. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyekt­lərinin meyarlarına uyğun olması.

(Azərbaycan Respublikasının Dövlət Statistika Ko­mitəsi tərəfindən təqdim edilməli sənədin əslinin və ya notarial təsdiq edilmiş surətinin təqdimatı zəruridir); 

Sənədin qüvvədə olma müddəti “Tələb olunan sənəd­lərin son təqdim olunma tarixini əhatə etməlidir” __ ____ ________ (gün, ay, il)

12. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə ye­tirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik ol­ması. (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməlidir).

13. Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması.

(İmza səlahiyyəti olan şəxsin (əgər təsisçi direktor deyilsə) əmri, sənədin əslii və ya notarial təsdiqini təqdim etməsi zəruridir).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda 3 və 13-cü sıralarda göstərilən sənədləri 25 may 2023-cü il saat 17.00-a (tender təkliflərinin açılışına 7 (yeddi) bank günü qalmış) qapalı zərfdə üzərində əsli və surəti göstərilmək­lə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər. 

İddiaçılar tender təklifi və bank təminatını isə 5 iyun 2023-cü il saat 17.00-a qədər (tender təkliflərinin açılışı­na 1 (bir) bank günü qalmış) ) qapalı zərfdə əsli və surəti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər. 

İddiaçıların təklifləri 6 iyun 2023-cü il saat 15.00-da açılacaqdır. 

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

Tender komissiyası

Reklam və elan