Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 10-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb. 

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasın­da səmərəli əməkdaşlıq müsbət qiymət­ləndirilib, Azərbaycan-Rusiya əlaqələrinin inkişafında bu qarşılıqlı fəaliyyətin rolu qeyd edilib. 

Həştərxanda ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar bir sıra təd­birlərin keçiriləcəyindən məmnunluq ifadə olunub. 

“Xəzər – dostluq dənizi” motoyürüşü­nün əhəmiyyəti vurğulanıb, qeyd olunub ki, bu motoyürüşün iştirakçıları artıq Azər­baycana gəliblər. 

Görüşdə Azərbaycan və Həştərxan vilayəti arasında ticari-iqtisadi, nəqliyyat, tranzit sahələrində, sənaye kooperasiya­sı, o cümlədən maşınqayırma sahəsində, eləcə də limanlararası əlaqələr və huma­nitar qarşılıqlı fəaliyyət sahəsində əmək­daşlığın perspektivləri müzakirə olunub. 

“Xalq qəzeti”

Son xəbərlər