TÜRKSOY-da UNESCO üzrə sədrlik Azərbaycana keçdi

post-img

Aprelin 7-də Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimi keçirilir. 

AZƏRTAC xəbər verir ki, ADA Universitetində baş tutan tədbir­də Azərbaycan Respublikasının xarici işlər naziri, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Ceyhun Bayramovun videomüraciəti təq­dim edilib. Azərbaycan Respubli­kasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbay­can Respublikasının mədəniyyət naziri vəzifəsini icra edən Adil Kə­rimli, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı və UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti Öcal Oğuz açılış mə­rasimində çıxış ediblər. Açılış za­manı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya­larının 9-cu dövr sədrliyi Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına ötürülüb.

ADA Universitetinin Dövlət, xa­rici və tələbə işləri üzrə prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsma­yılzadənin moderatorluğu ilə keçi­rilən açılış mərəsimində UNESCO Baş direktorun Prioritet Afrika və Xarici Əlaqələr üzrə müavini Fir­min Eduard Matokonun ünvanla­dığı videomüraciət tədbir iştirakçı­larının diqqətinə çatdırılıb. 

Çıxışçılar sırasında yer alan Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası­nın ilk sədri Həsən Həsənov, Milli Məclisin Səhiyyə Komitəsinin səd­ri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri aka­demik Əhliman Əmiraslanov və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə ötən 30 il ərzində Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafın­dan bəhs edərək mədəni irsimizin dünyada daha geniş miqyasda tanıdılmasına fayda verəcək təklif­lərlə çıxış ediblər.

Açılış mərasimi başa çatdıq­dan sonra panel müzakirələr və seminarlar öz fəaliyyətinə başla­yıb. 

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiya­nın baş katibi Seymur Fətəliye­vin moderatorluğu ilə keçirilən ilk paneldə ölkəmizin UNESCO-nun icra etdiyi proqram və layihələrə dəstəyi və əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin panel iştirakçılarının bu istiqamətdə təklif və tövsiyələri dinlənilib.

ADA Universitetinin dövlət, xa­rici və tələbə işləri üzrə prorektoru­nun müşaviri, İnkişaf və Diploma­tiya İnstitutunun direktor müavini Aygün Hacıyevanın moderatorluğu ilə keçirilən növbəti panel mədəni irsin qorunması, elm, təhsil sahə­si üzrə UNESCO çərçivəsində əlaqələrin daha da genişləndirilmə­si və birgə beynəlxalq tədbirlərin keçirilməsi mövzularını əhatə edib.

Maddi və qeyri-maddi mədəni irs, təbii irsin qorunması və təhsil məsələlərini əhatə edən semi­narlardan və mütəxəssis rəyləri dinlənildikdən sonra TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının ölkəmizdə keçi­rilən 9-cu İclasının yekun bəyanatı işlənib hazırlanıb. 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək iclasın yekun bağlanış mərasimində sö­zügedən bəyanat qəbul ediləcək.

Son xəbərlər