İrəvanda “Qarabağ Azərbaycandır!” həyəcanı

post-img

Hadrutlu erməninin İrəvanda yeni açdığı “Meqamol” ticarət mərkəzindəki restoranın Wi-Fi şifrəsi sındırılaraq, “Qarabağ Azərbaycandır! – FenixBaku” kodu ilə əvəzlənib. 

Ermənistanın yazılı və elektron medi­ası indi bu olayı gen-bol tirajlamaqdadır. Bununla bağlı yerli “media-ekspertləri” müxtəlif versiyalar üzərində baş sındırır­lar. Onların bir qismi sual edir ki, həmin ərazidə başqa Wi-Fi şəbəkələri olsa da, niyə məhz hadrutlu erməninin restoranının şifrəsi sındırılıb, adı, parolu dəyişdirilib? 

Bu hadisə sosial şəbəkələrdə əməl­li-başlı ajiotaja səbəb olduğu kimi, İrəva­nın həmin ərazisində yaşayan sakinlər arasında da ciddi təşviş yaradıb. Onların artıq müvafiq orqanlara müraciət etdikləri deyilir. 

Ermənistan “media-ekspertlərinin” digər qismi Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşlarının artıq İrəvan­da xidməti fəaliyyət göstərməsi versiyası­nı irəli sürüblər. Hayların bu sahədə daha irəli gedən, müasir texnoilogiyaların xü­susiyyətlərinə dərindən bələd olan media mütəxəssisləri isə Wi-Fi şifrəsinin, yaxud kodunun məsafədən dəyişməyin mümkün olub-olmadığı versiyası üzərində çalışır­lar. 

Yeri gəlmişkən, oxuculara 44 günlük Vətən savaşında Zəfərimizdən az sonra irəvanlı erməninin sosial şəbəkədə pay­laşdığı iki cümləni xatırlatmaq istərdik. Həmin erməni yazırdı: “Biz müharibəni həm də ona görə uduzmuşuq ki, Azərbay­can kosmosa peyklərini göndərəndə biz Hayastanda mal-mülk davası edirdik. On­lar göydən nəinki bizim tanklarımızı, hətta kombaynlarımızı izləyə bilirlər”.

Bu, eyni zamanda növbəti versiya üzərində çalışmalarından ötrü İrəvandakı “media-ekspertlərinə” bizim ismarıcımız olsun!

 

Hazırladı: İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət