Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

post-img

Kiberdələduzlar məhşur şirkətlərin adından istifadə edərək ani mesajlaşma proqramları vasitəsilə vətəndaşlara iş tapmağı, passiv gəlir əldə etməyi vəd edən mesajlar göndərir.

Elektron Təhlükəsizlik Xidmətindən AZƏRTAC-a bildirilib ki, həmçinin saxta keçidlər vasitəsilə fərdi məlumatlarını, əsasən də, bank kartı məlumatlarını daxil etməyi tələb edirlər.

Xidmət vətəndaşlara belə vədlərə inanmamağı, saxta keçidlər vasitəsilə fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.

Son xəbərlər