Cenevrədə Azərbaycan və gürcü mədəniyyətinin nümunələri təqdim edilib

post-img

Cenevrə Universitet Xəstəxanasında Azərbaycan və gürcü mədəniyyətini əks etdirən guşə nümayiş etdirilib.

"Xalq qəzeti"nə verilən məlumata görə, İsveçrədə fəaliyyət göstərən Azərbaycan icmasının fəalı Mariya Xan-Xoyskaya Martinyolinin təşəbbüsü ilə baş tutan bu tədbir xəstəxana əməkdaşlarının mükafatlandırma mərasimi çərçivəsində gerçəkləşdirilib.

Azərbaycan və Gürcüstan guşələrində xalqlarımızın milli geyimlərini, musiqisini, rəqslərini, adət-ənənələrini və mətbəxini əks etdirən kitablar, jurnallar və nümunələr təqdim olunub.



Son xəbərlər