Dünyanın ən çox satılan kitabı

post-img

Prins Harrinin “Spare” (“Ehtiyat”) avtobioqrafik kitabı bu il nəşr olunduğu gündən Böyük Britaniyada satış rekordu əldə edib. Krallıq haqqında açıqlamalardan ibarət olan nəşr bir gün ərzində rəflərdən yoxa çıxıb. Kitabın dərhal ikinci çapına qərar verilib. 

Cənub-şərqi İngiltərənin Sussex qraflığının hersoqu, şahzadə Harrinin xatirələrini “Penguin Random House” nəşr edib. 416 səhifəlik kitab həm də elektron və audi formatda çıxıb. Nəşr Amerika, Birləşmiş Krallıq və Kana­dada 1,4 milyon nəfər oxucu qazanıb və gerçəklərdən bəhs edən kitablar arasında ilk sıraya yerləşib. Xəbər­lərdə bildirilir ki, Prins Harrinin çarpıcı etiraflarını ehtiva edən bu əsər ABŞ-ın keçmiş prezidenti Barak Obama­nın “A Promised land” adlı kitabının rekordunu qırıb.

Şahzadə Harri xatirələrində taxt-taca sahiblənən qardaşı Şah­zadə Uilyamla savaşından, Əfqa­nıstanda “Əl-Qaidə” və “Taliban” yaraqlılarına qarşı amansız döyüş əməliyyatlarında iştirakından, anası Diananın ölümü ilə bağlı hisslərin­dən, atası III Çarlzın zövcəsi Kraliça Kamilla və qardaşının bəzi kobud hərəkətlərindən bəhs edir. 

Artıq sözügedən memuarlar dün­yanın müxtəlif ölkələrində 16 fərqli dildə çap edilərək satışa çıxarılıb. Müəllif kitabın nəşrinə görə “Pengu­in Random House”dan 16 milyon, həmçinin “Spotify” və “Netflix” ilə söv­dələşmələrdən 109 milyon funt-ster­linq qazanıb. 

 

“Xalq qəzeti”

Son xəbərlər