Monqolustanın baş prokuroru Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyəti Kamran Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdədir.
Baş prokuror Kamran Əliyevlə monqolustanlı həmkarı arasında baş tutan görüş zamanı qonaqlara ölkəmizin prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması və yeni hüquq institutlarının tətbiqi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub. Bundan başqa, görüş zamanı iki ölkənin prokurorluqları arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Görüş zamanı Jarqalsaikxan Banzraqa iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təltif olunduğu “Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.
XQ

