“Azərpoçt” Ümumxalq Hüzn Günü ilə əlaqədar növbəli iş rejimində işləyəcək

post-img

“Azərpoçt” MMC yanvarın 20-də Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq poçt şöbələrində növbəli iş rejimi tətbiq edəcək.

XQ xəbər verir ki, yanvarın 20-də respublika üzrə fəaliyyət göstərəcək poçt şöbələrinin və PUDO (təhvil-təslim) məntəqələrinin siyahısını diqqətinizə çatdırırıq.

Poçt məntəqələrinin iş qrafiki:

  •  Bakı şəhəri, AZ1000 indeksli poçt şöbəsi; 09:00-18:00
  • Bakı şəhəri, AZ1002, AZ1040, AZ1063 indeksli poçt şöbələri; 10:00-17:00
  • Bakı şəhəri AZ1044, AZ1124, AZ1138, AZ1144 indeksli poçt şöbələri; 09:00-17:00
  • Xırdalan şəhəri AZ0100 indeksli Müştəri Xidmətləri Şöbəsi; 09:00-17:00
  • Regionlarda yerləşən Müştəri Xidməti Şöbələri; 10:00-17:00
  • AZ1039, AZ1133 indeksli poçt şöbələrindəki PUDO məntəqələri: 09:00-17:00
  • AZ1017, AZ1047, AZ1104, AZ1111, AZ1123, indeksli poçt şöbələrindəki PUDO məntəqələri: 09:00-21:00

Qeyd edək ki, istehsalat zərurətilə əlaqədar olaraq 1 saylı poçt filialının 66 (AZ1066) və 152 (AZ1152) saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.

İqtisadiyyat