Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ay satışını məhdudlaşdırdığı "Atasığorta" ASC-yə müvəqqəti inzibatçı təyin edib.
XQ bu barədə Azərbaycan Mərkəzi Bankı istinadən xəbər verir.
Məlumata görə, müvəqqəti inzibatçı nəzarət tədbirləri çərçivəsində şirkətin maliyyə dayanıqlılığının müəyyən edilməsi və qorunması, həmçinin müvəqqəti idarəetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin həyata keçirilməsi məqsədilə təyin olunub. Bu gündən sığortaçının idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya keçir. Bu tədbirlər sığortalıların və kreditorların hüquqları qorunmasına xidmət edir.

