Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Zaur Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Milan şəhərində səfərdə olub.
Səfər çərçivəsində “Intesa Sanpaolo” bankının və onun törəmə şirkəti olan “Vseobecna Uverova” bankının rəhbər heyətləri ilə səmərəli görüşlər keçirilib, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq COCAR və İtaliyanın “İntesa Sanpaolo” bankı arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb.
Eyni zamanda, səfər çərçivəsində SOCAR-ın beynəlxalq maliyyə bazarında tədavüldə olan istiqrazları üzrə İtaliyadan olan mövcud və potensial investorlarla da görüşlər keçirilib. Görüşlərdə maliyyə bazarındakı son vəziyyət, SOCAR-ın maliyyə göstəriciləri, reytinqləri və “yaşıl” enerji sahəsindəki planları ilə bağlı geniş təqdimat edilib.