Dünya Bankı Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair hesabatında 2024-cü ildə Azərbaycanda iqtisadi artım üzrə proqnozu yaxşılaşdırıb.
Bank iyun ayı ilə müqayisədə respublikamızda real ÜDM-in artımını 0,9 faiz artıraraq 3,2 faizə, 2025-ci il üçün 0,3 faiz artıraraq 2,7 faizə çatdırıb, 2026-cı il üzrə isə proqnozu dəyişməyərək yenidən 2,4 faiz müəyyənləşdirib.
Bank hesabatında bu il dövlət investisiyalarının ölkənin iqtisadi artıma böyük təsir edəcəyi, sərmayələrin 2023-cü ilə nisbətən əhəmiyyətli dərəcədə artacağı da vurğulanıb. Eyni zamanda, bu ölkədə iqtisadi artımın 2023-cü ildəki 8,3faizdən bu il 5,5 faizə enəcəyi bildirilib.