Alimlər üzüm toxumundan yağ alıblar

post-img

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda üzümün emalı zamanı yaranan tullantılardan (üzüm toxumu) soyuq sıxma üsulu ilə yağ istehsalına başlanıb,  

İstitutun direktoru Vüqar Səlimov mediaya açıqlamasında soyuq sıxma üsulu yağın keyfiyyətini artırır, arzuolunmaz maddələrin yaranma riskini aradan qaldırır. Bu yağdan kosmetik vasitələrin istehsalında, tibbdə, yeyinti sanayesində geniş istifadə edilir. V. Səlimov qeyd edib ki, üzümçülük və şərabçılıq sahəsində emal zamanı böyük həcmdə (təxminən, 1000 ton üzümə 300 ton) toxum, qabıq, daraq tullantıları yaranır. Ona görə də tullantısız texnologiyanın perspektivi üzümçülük və şərabçılıq sahəsində çox yüksəkdir. İnstitutda üzümün emalı zamanı yaranan qalıqlardan bioloji aktiv maddələrin alınması istiqamətində də elmi-tədqiqat işləri həyata keçirilir. 

Onun sözlərinə görə, institutda həm də ölkənin milli şərab brendləri üçün texniki üzüm sortlarının inkişaf etdirilməsi istiqamətində iş aparılır: “Texniki üzüm sortları müasir üsullarla qiymətləndirilir, onlardan texnoloji istifadə istiqamətləri müəyyən olunur.

Azərbaycanda “Bayanşirə”, “Mələyi”, “Mədrəsə” , “Xindoqnı”, “Şirvanşahı” kimi nadir texniki üzüm sortları digər ölkələrdə yetişdirilən bu cür məhsullarla     müqayisədə daha məhsuldardır. 

Direktor vurğulayıb ki, bəzən sahibkarlar elə düşünürlər ki, yerli sortlar az məhsuldardır, ona görə də xarici sortları ölkəyə gətirirlər. Lakin xarici sortların bir çoxu da yerli torpaq-iqlim şəraitinə uyğunlaşmır və məhsul vermir. 

İqtisadiyyat