Bakıda COP29 öncəsi görüşlər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İqlim Katibliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə COP29-un “X” hesabında məlumat verilib. Bildirilib ki, memorandumda həm COP29 məkanında, həm də onun hüdudlarından kənarda təhlükəsizlik sahəsində əməkdaşlığın prinsipləri və strukturu əks olunub.