Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatına görə, Mərkəzi Nəbatat Bağının oktyabrın sonunadək istifadəyə veriləcəyi nəzərdə tutulur.
Prezident İlham Əliyevin sərəncamı ilə ötən ildən 46 hektar sahəsi olan Mərkəzi Nəbatat Bağında əsaslı təmir–yenidənqurma işlərinə başlanılıb. Bağın 1937-ci ildə tikilmiş inzibati binası əsaslı təmir edilib, parkın ərazisində yerləşən Botanika İnstitutunun inzibati binası isə sökülərək yenidən tikilib. Parkda müasir tipli oranjereyaya inşa edilib, oranjereya isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunub. Ərazidə göl kompleksi, dünyanın müxtəlif nadir bitki növləri üçün istixanalar tikilib. Yerdən 3 metr hündürlüyündə əlillər üçün körpü və hər iki qiriş qapısını birləşdirən piyada yolu salınıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatına görə, Mərkəzi Nəbatat Bağının bu ayın sonunadək istifadəyə veriləcəyi nəzərdə tutulub.