İqtisadiyyat nazirinin müavini Qusarda vətəndaşlarla görüşüb

post-img

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Qusar şəhərində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşlarla görüşüb.

Nazirlikdən bildirilib ki, görüşə gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

Qusar şəhərində keçirilən görüşə gələn sahibkarların təklifləri müzakirə olunub, dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.

İqtisadiyyat