Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə VNG şirkəti arasında təbii qaz və bərpaolunan enerji mənbələri sahələrində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalanıb.
SOCAR-dan verilən məlumata görə, Almaniyanın aparıcı enerji şirkətlərindən biri olan VNG ilə imzalanan anlaşma memorandumu dayanıqlı enerji həllərinin inkişafına və beynəlxalq əməkdaşlığın təşviqinə töhfə verəcək.
Sənəddə təbii qazın təchizatı imkanlarının araşdırılması və qaz infrastrukturundan istifadə üzrə təcrübə mübadiləsi nəzərdə tutulub. Memorandumda tərəflər arasında bərpaolunan enerji və karbonsuzlaşdırılmış qazlara keçidi nəzərdə tutan layihələr üzrə əməkdaşlıq imkanlarının araşdırılacağı da vurğulanıb.