STAR NEZ Türkiyənin 3 nəhəngindən biridir

post-img

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodu (NEZ) İstanbul Sənaye Palatasının (ISO) reytinqində 2023-cü ildə qardaş ölkənin 3 ən böyük müəssisəsi siyahısına daxil edilib.

“Anadolu” agentliyinin bu barədə yaydığı xəbərə əsasən, reytinqdə ilk yerdə Türkiyənin ən böyük sənaye müəssisəsi olan “Turkiye Petrol Rafinerileri AS” (TÜPRAŞ) neft emalı zavodu qərarlaşıb. Müəssisədə 484,2 milyard lirə (14,7 milyard ABŞ dolları) məbləğində məhsul istehsal edilib. “Ford Automotive” isə 238 milyard lirə (7,22 milyard ABŞ dolları) məbləğində satışla ikinci yerə yüksəlib. STAR neft emalı zavodu isə 226,8 milyard lirə (6,88 milyard ABŞ dolları) dəyərində məhsul satışı ilə üçüncü olub.

STAR NEZ  2018-ci il oktyabrın 19-da istifadəyə verilib və “Azeri Light”, “Kerkük” və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub.  

İqtisadiyyat