Kəlbəcər və Laçın SES-lər “karbon” sertifikatı alacaq

post-img

2024-cü ilin əvvəlində Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan”, eləcə də Laçın rayonunda yerləşən “Mirik” və “Qarıqışlaq” kiçik su elektrik stansiyaları üçün karbon sertifikatlarının alınması və bununla karbon kreditləri üzrə könüllü bazarda iştirakın gerçəkləşdirilməsi məqsədilə “Azərenerji” ASC-nin “SOCAR Trading”lə əməkdaşlığı çərçivəsində Qətər və İsveçrədə yerləşən “Global Carbon Council”, eyni zamanda “Gold Standard” qurumlarına müraciət edilib.

Yuxarıda qeyd edilən qurumlar tərəfindən 7 kiçik SES  üzrə sənədlərə ilkin baxış keçirilib və qeydiyyat proseduru çərçivəsində sahə auditi təyin olunub. Sahə auditi prosedurunun icrası üçün  audit şirkəti cəlb edilib. Bu mərhələ 2024-cü ilin iyunun 10-dan etibarən 3 gün ərzində Azərbaycanda səfərdə olan ekspert tərəfindən reallaşdırılıb.   

Qeydiyyatı davam edən 7 kiçik SES-in fəaliyyəti nəticəsində il ərzində 45 – 50 min ton karbon dioksid qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulub.

İqtisadiyyat