BMT COP29-a hazırlığı yüksək dəyərləndirir

post-img

“Azərbaycan çox qısa zamanda COP29-a yüksək səviyyədə hazırlanıb və noyabra qədər işlər tam yekunlaşa­caq”. Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva “Yaşıl dünya naminə həm­rəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda ke­çirilən konfrans zamanı deyib. 

İqlim ambissiyalarınıın Azərbaycana necə təsir edəcəyinin son dərəcə vacib olduğunu vurğulayan rezident əlaqələn­dirici burada cəmiyyətin hər bir fərdindən söhbət getdiyini, iqlim dəyişiklikləri ilə bağlı təhsil sahəsində də maarifləndir­mə işlərinin aparıldığını diqqətə çatdırıb. “Bu çox sevindirici haldır ki, hətta baxça yaşlarından uşaqlara iqlim dəyişiklikləri və onun dünyamıza təsiri öyrədilir. Daha çevik bir yanaşma ilə bu işləri davam et­dirməliyik. Çünki artıq bu uşaqlar böyü­yüb ali təhsilə başladıqda, ya da bazarın bir üzvü olduqda mütəxəssis kimi də bu problemlərə həssas olsunlar”, – deyə o bildirib.

XQ

İqtisadiyyat