“Yenikənd” SES ölkəyə 7 milyard kilovat-saat enerji verib

post-img

Energetika Nazirliyindən aldığımız məlumatda bildirilir ki “Yenikənd” Su Elektrik Stansiyası (SES) istismara verildiyi vaxtdan indiyədək 6,8 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub. SES-də elektrik enerjisi istehsalı 2023-cü ildə 251,8 milyon kilovat-saat, cari ilin ilk 4 ayı ərzində isə 106,7 milyon kilovat-saat təşkil edib.

Xatırladaq ki, Şəmkir rayonunun Qa­racəmilli kəndində yerləşən bu stansiya 24 il əvvəl – 2000-ci il mayın 23-də işə salınıb. Ümumi gücü 150 meqavat olan SES hər biri 37,5 meqavat gücündə 4 hidroaqreqatdan ibarətdir.

XQ

İqtisadiyyat