“Azərişıq” şəbəkəni yeniləşdirir

post-img

“Azərişıq” ASC-dən redaksiyamıza verilən məlumata görə, əsaslı təmir və yenidənqurma işləri çərçivəsində ölkəmizin bütün regionlarında, o cümlədən qurumun Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan rayonlarında elektrik şəbəkəsi yenidən qurulur.

Hazırda təmir işləri Cəlilabad rayo­nunun Günəşli və Axtaxana kəndlərində davam etdirilir. Zərbiəli kəndində isə işlər tamamlanmaq üzrədir. Həmin kəndlərdə 0,4 və 10 kV-luq yeni dayaqlar basdırı­lır, Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, köhnə güc mərkəzləri yeni KTM-lərlə əvəz edilir. Bundan başqa, Biləsuvar rayonunun şəhər mərkəzində, Əsgərabad və Aşağı Cürəli kəndlərində, Masallının Şərəfə, Ağakişibəyli, Babaser və Köhnə Alvadı yaşayış məntəqələrində elektrik şəbəkəsi yenidən qurulur. Rayo­nun ən böyük kəndlərindən biri olan Ər­kivanda da yenidənqurma işlərinə start verilib.

Astaranın 1200 abonentin yaşadığı Şiyəkəran kəndində 0,4 və 10 kV-luq elektrik xətləri və dayaqlar tamamilə ye­nilənir. Rayonun Çayoba, Lerikin Zövnə və Züvüc kəndlərinin elektrik təsərrüfat­ları yenidən qurulur.

XQ

 

İqtisadiyyat