Bu yaxınlarda genişləndirilməsi tamamlanan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu ilə mayın 20-də yüklərin daşınmasına start verilərək ilk yük qatarı yola salınıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, Abşeron Logistika Mərkəzindən yola çıxan 20 konteynerdən ibarət yük qatarı Gürcüstan istiqamətində hərəkətə başlayıb.
Qeyd edək ki, bu ayın əvvəlində BTQ dəmir yolunun Gürcüstandan keçən 184 kilometrlik hissəsinin təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri tamamlanıb. Görülmüş işlər nəticəsində dəmir yolu xəttinin illik yükdaşıma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.
Modernləşdirilmiş BTQ dəmir yolu xətti Çin və Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərbə doğru, eləcə də əks istiqamətə göndərilən yüklərin böyük hissəsinin Orta Dəhlizlə Azərbaycandan keçməklə daşınmasına imkan verəcək.
XQ