4 min yeni kommersiya qurumu

post-img

Cari ilin may ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 547 min 914 vergiödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,3 faiz, hüquqi şəxslərin sayı isə 7,8 faiz artıb. Təhlil aparılan dövrdə vergiödəyicilərin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub. Kommersiya qurumlarının sayı isə 180 min 174 vahid təşkil edib və müqayisə edilən dövr ərzində 8,5 faiz yüksəlib.

2024-cü ilin may ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36 min 721 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi isə 31,8 faiz təşkil edib.

XQ

İqtisadiyyat