3 ildə 243 dövlət standartı

post-img

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov Milli Metrologiya Forumunda son 3 ildə 243 dövlət standartının qəbul edildiyini bildirib.

Onun sözlərinə görə, respublikada 2024–2026-cı illər üzrə milli standartlaşdırma çərçivəsi təsdiq edilib. Azərbaycan Metrologiya İnstitutunun kalibrləmə və ölçmə imkanları genişləndirilərək 32-yə çatdırılıb, 12 yeni laboratoriyanın qurulması istiqamətində işlərə başlanılıb.

Bu il bir neçə yeni etalon laboratoriyasının qurulmasına başlanılacağını deyən rəis müavini bildirib ki, 39 mal kateqoriyası laboratoriyasının diaqnostik qiymətləndirilməsi aparılıb. Eyni zamanda, malların risk qruplarının müəyyənləşdirilməsi meyarları təsdiqlənib, malların risk qrupları üzrə təsnifatı reallaşdırılıb və razılaşdırılması məqsədilə dövlət qurumlarına təqdim edilib. 

XQ

 

 

İqtisadiyyat