TAP-la 35 milyard kubmetr qaz nəql edilib

post-img

Dövlət Neft Şirkətinin məlumatına əsasən, Trans–Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin dekabr ayının 31-dən Avropaya–Yunanıstan, Bolqarıstan, İtaliya, Macarıstan, Rumıniya və Serbiya ölkələrinə ixrac edilən Azərbaycan qazının həcmi 35 milyard kubmetri ötüb. 

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Ümumi uzunluğu 878 kilometr olan kəmərin 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir. 

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

XQ

İqtisadiyyat