İslahatlar regionlara yeni don biçir

post-img

Dövlət başçısı 2021-ci ildən indiyədək bölgələrə 140-a yaxın səfər edib 

Prezident İlham Əliyev respublikamıza rəhbərlik etdiyi 20 ildən artıq bir müddət ərzində respublikamızın bütün şəhər və rayonları sürətlə müasirləşib, abadlıq-quruculuq işləri yüksək səviyyədə həyata keçirilib, böyük infrastruktur layihələri gerçəkləşdirilib, yeni iş yerlərinin yaradılması, vətəndaşların sosial rifahının yüksəldilməsi diqqət mərkəzində saxlanılıb. 

Ölkə rəhbəri regionlarının sosial-iq­tisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin reallaşdırıl­masına mühüm önəm verib, gərgin iş re­jiminə baxmayaraq, bölgələrə mütəmadi səfərlər edib, görülən işlərlə yerində tanış olub, layihələrin daha sürətlə icrası üçün tapşırıq və tövsiyələrini bildirib. 

Dövlət başçısı təkcə ötən il rayonlara səfəri çərçivəsində 160-dan çox obyek­tin– istehsal müəssisələri, yollar, elektrik təchizatı obyektləri, su təchizatı layihələ­ri, həmçinin səhiyyə və təhsil müəs­sisələrinin açılış mərasimlərində iştirak edib. Bütün bunlar statistik göstəricilərdə də öz ifadəsini tapıb. Belə ki, Prezident İlham Əliyev 2021-ci ildə 17, 2022-ci ildə 14, 2023-cü ildə 11, bu ilin ötən aylarında isə 5 rayonda 47 səfərdə olub. Ümumiy­yətlə, ölkə rəhbərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları daxil olmaqla, 2021-ci ildən indiyədək bölgələrə 140-a yaxın səfəri reallaşıb. 

Məhz bütün bu səfərləri şərtləndirən diqqət və qayğı regionların sosial-iqtisa­di inkişafını sürətləndirib, ölkənin iqtisa­di artım tempinin davamlılığını gerçək­ləşdirib, eyni zamanda əhalinin sosial rifahının yüksəldilməsinə müsbət təsir göstərib. Statistikaya əsasən, ötən 20 il ərzində 3200-dən çox məktəb binası, 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib, 40-dan çox olimpiya mərkəzi və yüzlərlə müxtəlif idman qur­ğuları istifadəyə verilib. Eyni zamanda bu müddətdə yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatla­rının yenilənməsi və müasirləşdirilmə­si, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi reallaşdırılıb. Vətən mü­haribəsindən ötən dövrdə isə Böyük Qayıdış proqramının reallaşdırılmasına başlanılıb. 

Regional inkişaf proqramlarının uğur­la həyata keçirilməsi, eyni zamanda yüksək iqtisadi göstəricilərlə müşahidə edilib. Belə ki, ötən 20 ildə ölkə iqtisa­diyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə yüksəlib. Dövlət büdcəsinin gə­lirləri 2023-cü ildə 30 milyard manatdan çox olub. Azərbaycanın xarici valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfə üstələyib. Qeyri-neft ixracında 8 dəfədən çox artım qeydə alınıb. 

Dövlət proqramı çərçivəsində regi­onlarda sənayeləşmə siyasətinə uyğun olaraq sənaye parkları və məhəllələrinin fəaliyyətinin təşkili və genişləndirilməsi istiqamətində işlər indiyədək uğurla da­vam etdirilib. 7 sənaye parkının–Sumqa­yıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz vadisi İqtisadi Zonası” sənaye parklarının və 5 sənaye məhəllə­sinin – Hacıqabul, Masallı, Neftçala, Sa­birabad və Şərur sənaye məhəllələrinin səmərəli fəaliyəti təmin olunub. 

Qeyd edək ki, respublikada fəaliyyət göstərən sənaye parkları və məhəllələ­rində sahibkarların biznes fəaliyyətini stimullaşdıran, onların vergi və gömrük güzəştləri əldə etmələri üçün əlverişli şə­rait yaradan, eyni zamanda 2016-cı ildən tətbiq edilən investisiya təşviqi mexaniz­mi çərçivəsində 7 ildən artıq müddət ər­zində 583 layihə təşviq olunub. Həmin layihələrin icrası nəticəsində iqtisadiyya­ta 5,6 milyard manatdan artıq investisiya yatırılıb, 38,6 mindən çox iş yerinin yara­dılması nəzərdə tutulub. İndiyədək dəyəri 1,8 milyard manatdan artıq olan texnika, texnoloji avadanlıq və qurğular güzəştli şərtlərlə ölkəyə idxal edilib və müasir is­tehsal sahələri qurulub. 

Sənaye park və məhəllələri xarici investisiyaların ölkəyə cəlbində və qey­ri-neft sektorunun inkşafında mühüm rol oynayırlar. Onlar yeni texnologiyaların ölkəyə transfer olunmasında, bununla da rəqabətqabiliyyətli əmtəələr istehsal edilməsində daha çox fərqlənirlər. Eyni zamanda yerli şirkətlər sənaye park və məhəllələrinin yaradılması ilə bağlı bey­nəlxalq təcrübədən bəhrələnməklə hə­min texnologiyalar əsasında yeni milli is­tehsal müəssisələrinin açılmasına böyük maraq göstərirlər.

Son illərdə ölkəmizdə rəqabətə da­vamlı milli iqtisadiyyatın yaradılması, rəqabətlilik mühitinin təminində korrupsi­yaya qarşı mübarizənin gücləndirilməsi, rəqəmsal iqtisadiyyatda rəqabət siyasə­tinə rəqəmsal baxışın diqqət mərkəzin­də saxlanılması kimi məsələlərə böyük əhəmiyyət verilib. Bundan başqa, isteh­lak bazarında rəqabət üstünlüyünün ger­çəkləşdirilməsinə, eyni zamanda, müəs­sisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilmə­sinə həlledici vasitə kimi yanaşılıb. 

Ekspertlər bildirirlər ki, vergi, gömrük, dövlət satınalmaları və iqtisadi subyekt­lərlə qarşılıqlı əlaqədə olan digər dövlət sektorlarında şəffaflıq və ədalətliliyin təmini rəqabət mühitini gücləndirir. Bu həm də sahibkarlıq fəaliyyətinin qanun çərçivəsində qurulması, iqtisadiyyatın əsaslarının möhkəmlənməsi baxımından da zəruri şərtlərdən biridir. Çünki sağlam rəqabətli iqtisadiyyat həm xalqın rifah səviyyəsini yüksəldir, həm də xaricdən ölkəyə investisiya axınının miqyasını ar­tırır. Bununla yanaşı, rəqabət mühitinin formalaşması ölkənin qlobal iqtisadiyya­ta inteqrasiyasını sürətləndirir, respub­likamızın bu istiqamətdə lider mövqeyə yüksəlməsini reallaşdırır.

V.BAYRAMOV
XQ

İqtisadiyyat