2025-ci il sentyabr ayının sonuna olan məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihə portfeli 948 milyon avroya bərabər olub. Həmin məbləğ isə 35 layihəni əhatə edib.
Qurumun bu layihələrdə iştirak payı 1 faiz təşkil edib, əməliyyat aktivlərinin həcmi isə 703 milyon avro məbləğində qiymətləndirilib. Portfelin ümumi dəyərində özəl sektorun payı 37 faizə çatıb.
Qeyd edək ki, AYİB Azərbaycanda fəaliyyətə başladığı vaxtdan indiyədək ölkə iqtisadiyyatına, ümumilikdə, 3 milyard 661 milyon avro yatırım edib. Ayrılmış vəsaitlərin ümumi həcmi isə 3 milyard 369 milyon avro təşkil edib. Bank ötən müddətdə Azərbaycanda 200 layihənin həyata keçirilməsinə dəstək göstərib.