Ağdərə–Ağdam yolu da yenilənir

post-img

XQ-nin Azərbaycan Avto­mobil Yolları Dövlət Agentli­yinə istinadən verdiyi məluma­ta görə, Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilo­metrliyindən ayrılan və 33,5 kilometr uzunluğa malik Ağ­dərə–Ağdam avtomobil yolu­nun hərəkət hissəsinin eni 9 metrdir. Torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərə­cəyə uyğun olaraq inşa edilir.

Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yarar­sız qruntun çıxarılması və əvəzində ya­rarlı material verilərək normativ hündür­lüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir.

Yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi apa­rılır. Bundan başqa, layihə üzrə Ağdam ərazisində Xaçınçay üzərində 5 aşırımlı körpü də inşa edilir. Hazırda körpü da­yaqları tikilir. 

Ağdərə–Ağdam avtomobil yolu Qa­rabağ və Şərqi Zəngəzur iqtisadi rayon­ları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisa­di inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

XQ

İqtisadiyyat