Şirvanda işıqlar sönməyəcək

post-img

“Azərişıq” Açıq Səhmdar Cə­miyyəti investisiya layihəsi çər­çivəsində regionların elektrik şəbəkələrində yenidənqurma və əsaslı təmir işlərini davam etdirir. 

QurumunTədbirlər Planına uyğun olaraq hazırda Şirvan şəhərində 35 kilovoltluq 754.1, 754.2 və 756 saylı hava xətlərinin keçdiyi ərazidə əsaslı təmir-bərpa və yenidənqurma işləri hə­yata keçirilir. Artıq 35 kilovoltluq hava xətlərinin keçdiyi ərazidə dəmir dayaq­lar basdırılıb və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilib. İş prosesi za­manı təhlükəsizlik tədbirləri nəzərə alınaraq xətlər və dayaqlar əhalinin sıx məskunlaşdığı ərazilərdən çıxa­rılaraq daha əlverişli yerlərdən çəki­lir.

Xatırladaq ki, Şirvan şəhəri­nin və Hacıqabul rayonunun əksər hissələrindən keçən elektrik xətləri ötən əsrin ortalarında çəkilib. 60–70 il istismar edildiyi üçün bu xətlərin əsaslı yenidənqurmaya ehtiyacı var idi. Müasir elektrik şəbəkəsinin qurulduğu ərazilərdə sakinlər da­yanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunurlar. Şirvan Regional Enerji Təchizatı və Satış İdarəsinin əhatə et­diyi şəhər və rayonlarda yenidənqurma işləri getdikcə intensiv xarakter alır.

“Azərişıq” ASC-nin investisiya proq­ramına uyğun olaraq ölkənin bütün re­gionlarında bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsi də yenilənir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elekt­rik enerjisi ilə təmin olunması ilə yanaşı, həm də elektrik enerjisi itkilərini minimu­ma endirməkdir.

XQ

İqtisadiyyat