Azərbaycan və BƏƏ-nin mərkəzi bankları arasında əməkdaşlıq müzakirə olunub

post-img

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin mərkəzi bankları arasında əməkdaşlıq müzakirə olunub.

Azəbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfər çərçivəsində Əbu-Dabi şəhərində BƏƏ-nin Mərkəzi Bankının sədri Xaled Məhəmməd Balama ilə görüşüb.

AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkələr arasında mövcud iqtisadi əlaqələr, hər iki ölkənin maliyyə sektorunun inkişafı, mərkəzi bankları arasında əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat