Bu ilin ilk ayında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşmə və icarədən dövlət büdcəsinə 15,3 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Dövlət xidmətinin məlumatına görə, ötən ay özəlləşdirmədən isə dövlət büdcəsinə daxilolmalar 12,3 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə çoxdur. Yanvar ayında, həmçinin 46-sı qeyri-yaşayış, 155-i isə torpaq sahələrinə aid olmaqla, ümumilikdə, 201 yeni icarə müqaviləsi bağlanılıb. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən isə dövlət büdcəsinə 3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
XQ