2007-ci il fevralın 22-də istismara verilmiş modul tipli “Bakı” Elektrik Stansiyası ahəngdar rejimdə fəaliyyət göstərir. Ötən 17 il ərzində burada, ümumilikdə, 8,86 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.
Xatırladaq ki, stansiyada hər birinin gücü 8,7 meqavat təşkil edən 12 ədəd qaz porşenli aqreqat quraşdırılıb. “Bakı” Elektrik Stansiyanın ümumi qoyuluş gücü isə 104,4 meqavat təşkil edir.
XQ