Şəhərə 90 çeşiddə kənd töhfəsi

post-img

Fevralın 24-25-də Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Yarmarkada, ümumilikdə, 20-dən artıq rayondan 40-dan çox fermerin iştirakı gözlənilir. 

Fermerlər tərəfindən yarmarkada 90-a qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçi­riləcək. Satışa çıxarılacaq məhsullar müxtəlif regionlarda fəaliyyət göstərən və yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən yetişdirilir.

Yarmarkanın əsas üstünlüklərindən biri də məhsulların satışının birbaşa fermerlər tərəfindən həyata keçirilməsidir. Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Vətəndaşlar burada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasının xidmətlərindən də faydalana biləcəklər.

Xatırladaq ki, yarmarkada iştirak edəcək fermerlər ödə­nişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla təmin olunacaqlar. Alıcılar təbii kənd məhsullarını qeyd edilən tarixlərdə saat 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiya­sının yanı) ünvanında baş tutacaq yarmarkadan əldə edə bilərlər.

XQ

İqtisadiyyat