Dəniz daşımaları artıb

post-img

Dövlət Statistika Komitəsindən bildirildiyinə görə, Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ildə daşınan yüklərin həcmi 9 milyon 11 min ton olub və əvvəlki ilə nisbətən 20 faiz yüksəlib. 

Məlumata görə, dəniz limanları tərəfindən 13 milyon 375 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 11 milyon 49 min tonu və ya 83 faizi tranzit yüklər olub. 

Statistika Komitəsinin məlumatında hesabat ilində ölkəmizdən keçən nəqliyyat dəhlizlərində daşınan tranzit yüklərin həcmi də açıqlanıb. Bildirilib ki, 2023-cü ilin 11 ayında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhliz­lərində daşınmış yüklərin həcmi 29 milyon 973 min ton olub.

XQ

İqtisadiyyat