Kənd təsərrüfatında 12,2 milyard manatlıq məhsul istehsal olunub

post-img

Ötən il ölkəmizdə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12 milyard 210,6 milyon manat təşkil edib ki, bunun da 6 milyard 276,7 milyon manatı heyvandarlıq, 5 milyard 933,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, kənd təsərrüfatı istehsalı əvvəlki illə müqayisədə 3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,2 faiz, bitkiçilik məhsulları üzrə isə 2,7 faiz artıb.

2023-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 647,7 min ton ət, 2 milyon 284 min ton süd, 2 milyard 188,2 milyon ədəd yumurta, 15,1 min ton yun və 357 ton barama istehsal olunub. İl ərzində ölkədə ət istehsalı 3,1 faiz, süd istehsalı 0,9 faiz, yumurta istehsalı 8,4 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3,9 faiz azalıb.

XQ

İqtisadiyyat