O günlər dənizçilər də səfərbər idi

post-img

Qanlı Yanvar qırğını zamanı Xəzər Dəniz Neft Donanmasının 100-dən artıq gəmisi xalqımızın haqq səsini dünyaya yayırdı

Bu il Qanlı Yanvar hadisələrindən 34 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən soyuq qış gecəsində keçmiş SSRİ ordusunun xüsu­si hazırlıq keçmiş bölmələri heç bir xəbərdarlıq etmədən Bakı şəhə­rinə və Azərbaycanın bir sıra digər şəhər və rayonlarına yeridildi. Dinc əhaliyə divan tutuldu. Bu gün 149 nəfər “20 Yanvar şəhidi” adını daşıyır. 700 nəfərdən çox insan isə müxtəlif yaralar aldı. 

Həmin günlərdə Xəzər Dəniz Neft Donanmasının mülki gə­miləri də xalqın faciəsi ilə əlaqə­dar səfərbər olmuşdu. Onlar Bakı buxtasına toplaşaraq sovet ordu­sunun hərbi təcavüzünə etirazı­nı bildirir, eyni zamanda, Bakıda törədilən bu vəhşiliyi SOS siq­nalları ilə dünya ictimaiyyətinə çatdırırdı. Qara Yanvar kimi xa­tırladığımız hadisələrlə bağlı o günlərin şahidi kapitan, şair və jurnalist Faiq Balabəyli ilə söh­bətləşdik. O, həmin günləri belə xatırladı: 

– 1990-cı ilin Qanlı Yanvar hadisələri başlayanda “Şirvan” gəmisində çalışırdım. Bizim gəmi növbəti tapşırığını yerinə yetirmək üçün Xəzər dənizində, Neft Daşla­rı ərazisində idi. Yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusu qə­fildən Bakı şəhərinə daxil oldu və dinc insanlara qarşı əsil soyqırımı həyata keçirdi. 

Yanvarın 19-da, axşam saatlarında gəmimiz Çilov adası yaxınlığında lövbər ataraq dayan­mışdı. “Mayak” radiosunda Bakıda törədilmiş qırğınlar haqqında da­nışılırdı. Mən kapitan körpüsünə qalxdım və kapitan İbad Məm­mədovun gəlməsini gözləmədən ətrafdakı gəmilərə efir vasitəsilə Bakıda baş verən faciə haqqın­da məlumat verdim. Sonra həmin ərazidə dayanan gəmilərin kapi­tanları arasında rabitə vasitəsi ilə kiçik məşvərət məclisi oldu. Qərar qəbul olundu ki, gəmilər Bakı bux­tasına qayıtsın.

Yanvarın 20-də, səhər saat­larında Xəzər Dəniz Neft Donan­masının müxtəlif təyinatlı 100-ə yaxın gəmisi Bakı buxtasında löv­bər atıb etiraz aksiyasına başla­dı. Gəmilər xüsusi koordinatlarda dayanmışdılar ki, hərbi gəmilərin Bakı buxtasına giriş-çıxışı məh­dudlaşsın. Artıq yanvarın 20-də, günün birinci yarısında hərbi gə­milərin hərəkətinə yol verməmək üçün donanmanın 100-dən çox gəmisi Bakı buxtasına gedən yolu kəsməyə tam nail oldu. 

Yanvarın 20-də, səhər saatla­rında dənizçilərimiz fəaliyyətlərini nizamlamaq üçün “Sabit Orucov” adına sərnişin gəmisini qərarga­ha çevirdilər. Burada ağsaqqal və təcrübəli kapitanlardan bir neçəsi, eləcə də aktiv dənizçilər toplaş­mışdılar. Atılan hər bir addım və qəbul olunan qərarlar müzakirə edilir, sonra efir vasitəsi ilə gə­milərə ötürülürdü. Buxtada daya­nan gəmilərin rəhbərlərinin irəli sürdükləri təklifləri koordinasiya etmək kimi çətin və gərəkli mis­siyanı qərargaha çevrilmiş “Sabit Orucov” gəmisinin heyəti öz üzə­rinə götürdü. Gəminin kapitanı Mövlud Əliyev idi. 

Belə bir fikir vardı ki, birmənalı olaraq, sovet ordusu Bakını tərk etməli, törətdikləri qətliama son qoymalı, bütünlüklə Azərbaycan xalqından üzr istənilməli, eləcə də informasiya blokadası aradan qaldırılmalı, Bakıda baş verən hadisələr dünyaya olduğu kimi çatdırılmalıdır. Dənizçilərimiz tərə­findən SOS siqnalının mətni hazır­landı. Mətndə qeyd edilirdi: “Dün­yanın sülhsevər insanları, Bakıda qırğındır, insanları qətlə yetirirlər. Sovet İttifaqının hərbi birləşmələ­ri öz vətəndaşlarına qarşı qəddar mövqe sərgiləyirlər”. Sonra tələb­lər hazırlandı və SSRİ prezidenti Mixail Qorbaçova, SSRİ Ali Sove­tinə, müdafiə naziri Dmitri Yazova və digər rəsmilərə göndərildi. 

Daha sonra nümayəndələ­rimiz Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova, bəstəkar, millət vəkili Arif Məlikov, akade­mik Tofiq İsmayılov, eləcə də SSRİ-nin Bakıda olan yüksəkrüt­bəli hərbi-siyasi rəhbərləri – mar­şal Dmitri Yazov, vitse-admiral Si­dorov və digərləri ilə görüşdülər. Marşal bizim nümayəndələri hə­dələmiş, “Əgər Bakı buxtasını bo­şaltmasanız, hamınızı yandırıb, batıracağıq”, – demişdi. Dəniz­çilərimiz isə marşaldan ordunun Bakını tərk etməsini istəmişdilər.

Biz hər saatdan bir SOS siq­nalı ilə bütün dünyaya informasiya çatdırır, həqiqəti ötürürdük. Belə­liklə, dünyanın 50-dən çox infor­masiya agentliyi Azərbaycanda baş verən qırğından dənizçilərin ötürdükləri SOS siqnalları vasitə­silə xəbər tutmuşdu. 

Bizə məlumat verilmişdi ki, so­vet ordusunun əsgərləri meyitləri küçələrdən yığışdırıb gəmilərə yı­ğırlar və aparıb dənizə tökəcəklər. Hərbçilər bunun üçün bizdən yol tələb edirdilər. Lakin razılaşma­dıq. Onlar bildirdilər ki, rus zabitlə­rinin ailələrini, uşaqlarını təhlükə­siz yerə çıxarmaq istəyirlər. Uzun danışıqlardan sonra biz hərbi gə­milərin yoxlanmadan sonra ərazi­dən çıxmalarına icazə veriləcəyini bildirdik. 

Getdikcə tələblərimiz kəskin­ləşmişdi. Bəyan etdik ki, əgər ordu şəhərdən çıxmasa, ayın 22-də bir gəmini yandıracağıq. Bunun üçün ayrıca bir gəmi də hazırlamışdıq. O vaxt Bakının komendantı gene­ral Tyuqunov xəbər göndərdi ki, nümayəndəmizi qəbul edəcəklər. “Babazadə” gəmisinin kapitanı Müzəffər Əliyev və akademik To­fiq İsmayılov Yazovla görüşdülər. Yenə nəticə olmadı. Və aksiyamı­zı dayandırmadıq. 

Yanvarın 24-də Bakı buxtasın­da fövqəladə vəziyyət elan olun­du. Gəmilərimiz sahildən gülləba­ran edildi. Hərbi katerlər buxtaya girib bizi atəşə tutdu, desant yeri­dildi, ümumilikdə iki gəmimiz alo­va büründü, 30-dan çox gəmiyə minlərlə güllə dəydi. Həbslər, iş­gəncələr başladı. Əlli nəfərə yaxın dənizçi Rusiyaya aparıldı. Onlara orada çoxlu işgəncələr verilmişdi. Bir aydan sonra onları evə burax­dılar və “asayişi pozduqları” üçün sənədləşdirib həbs etdilər.

Dənizçilər qarşılarına qoyduq­ları məqsədə çatdılar. Hədəfimiz Azərbaycanda olan qətliam haqda məlumatı dünyaya çatdırmaq idi. Çatdırdıq. Həm də əli sovet rəh­bərliyinin ədalət hissindən üzülən xalqımız hiss etdi ki, meydanda tək deyil, bütün ölkə onunladır. Respublika ölməyib, yaşayır.

Sonrakı illərdə dənizçilərimizin mücadiləsindən bəhs edən “Bakı buxtası – 20 Yanvar” adlı kitab çap etdirdim. Əslində, bu, mənim hə­min hadisələr barədə yazdığım tək kitab deyil. Bundan əlavə, 2003-cü ildə “Kəsilməyən həyəcan fiti” adlı bir kitab da yazmışdım ki, hər biri dənizçimizin 20 Yanvar faciəsi zamanı göstərdiyi misilsiz qəhrə­manlıq daha dolğun əks olunsun. Kitablarda tarixi sənədlərlə yana­şı, o hadisələrin iştirakçılarının xa­tirələri də yer alıb.

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV
XQ





Qan yaddaşı