Yeni sənaye zonaları qeyri-neft sektorunu genişləndirir

post-img

Ötən il 12 müəssisənin tikintisinə 135 milyon manat vəsait qoyulub

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə­sindəki hesabında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan səna­ye zonalarına ötən il fəaliyyətə başlamış 12 müəssisənin 135 milyon manat investisiya ya­tırdığını, həmin sərmayələrin hesabına 744 daimi iş yerinin yaradıldığını bildirib. 

Mikayıl Cabbarov digər bir paylaşımında isə İZİA tərəfindən 2023-cü ildə rezidentlik verilən 26 sahibkarlıq subyektinin Azər­baycanda sənaye zonalarına və məhəllərinə 471 milyon manat in­vestisiya yatıracağını vurğulayıb.

Nazir qeyd edib ki, bunlar­dan 7-si Ağdam, 5-i “Araz Vadisi İqtisadi Zonası”, 8-i Sumqayıt Kimya, 3-ü Pirallahı sənaye park­larının, 1-i Hacıqabul, 2-si isə Sabirabad sənaye məhəllələrinin rezidenti kimi qeydiyyata alınıb. Rezidentlər tərəfindən 3 min 100-dən çox iş yerinin yaradılması nəzərdə tutulub.

Xatırladaq ki, hazırda ölkə­mizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Mingəçevir, Pirallahı, Qa­radağ, Ağdam, Balaxanı və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 5 sənaye məhəlləsi (Hacıqabul, Neftçala, Masallı, Sa­birabad və Şərur sənaye məhəl­lələri) fəaliyyət göstərir. Mövcud sənaye zonalarında investisiya həcmi 7 milyard manatdan çox olan 138 sahibkarlıq subyekti re­zidentlik statusu daşıyır. 

İZİA-nın məlumatına görə, indiyədək sənaye zonalarına 6,6 milyard manat investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri ya­radılıb. Növbəti mərhələdə səna­ye zonalarına mövcud layihələr üzrə 864 milyon manat investisi­yanın yatırılması, 6 min 700-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulub. 

Sənaye zonalarında indiyə­dək, ümumilikdə, 11,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 3,6 milyard manat­lıq hissəsi dünyanın 60-dan çox ölkəsinə ixrac olunub. 

Yeri gəlmişkən, respublika­mızın bütün ərazilərində olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur­da da sənaye park və məhəllələ­rinin yaradılması xüsusi diqqətdə saxlanılır. Belə müəssisələrdən biri hazırda Ağdamda yaradılır. Rayondakı Sənaye Parkında di­var kağızları, ayaqqabı, dam ör­tüklərinin, boru və qutu profillərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalını həyata keçirən müəssisələrdə tikinti iş­lərinin 2024-cü ildə yekunlaşdırıl­ması nəzərdə tutulur.

Ümumi ərazisi 190 hektar olan bu Sənaye Parkına indiyə­dək 12 milyon manatdan çox in­vestisiya yatırılıb. Qısa müddətdə burada bir sıra tikinti və layihələn­dirmə işləri aparılıb, eyni zaman­da, beton istehsalı müəssisəsi fəaliyyətə başlayıb. 

İZİA-nın məlumatına görə, Ağdam Sənaye Parkında 25 sa­hibkarlıq subyekti artıq qeydiyyat­dan keçib. İnvestorlar tərəfindən parka 175 milyon manatdan çox investisiyanın yatırılması, 1600-dən artıq daimi iş yerinin yara­dılması nəzərdə tutulub. Artıq burada 10-dan çox rezident tikin­ti-quraşdırma işlərinə başlayıb. Cari ilin ilk rübündə 7-dən çox müəssisəsinin istifadəyə verilmə­si planlaşdırılıb. 

Ağdam Sənaye Parkının ya­radılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldil­məsi, Qarabağın sənaye poten­sialının inkişaf etdirilməsi, sahi­bkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqa­bətqabiliyyətli sənaye istehsa­lının təşkil edilməsi, əhalinin is­tehsal sahəsində məşğulluğunun artırılmasıdır. Parkın prioritet istiqamətləri isə tikinti material­larının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə is­tehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, 

Dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə ar­tıq 5 rezidenti və 1 qeyri-rezidenti var. Cəbrayıl rayonunda fəaliyyət göstərən parka, ümumilikdə, 33 milyon manata yaxın investisiya­nın yatırılması, burada 420-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da sahibkarlar üçün əlverişli biznes mühiti for­malaşdırılıb. Tikinti aparılacaq sahənin su və işıqla təmin edil­məsi məqsədilə subartezian quyusu qazılıb, 630 kilovoltluq transformator məntəqəsi quraş­dırılıb.

Qarabağ və Şərqi Zəngəzur­da yaradılan sənaye parklarının rezidentlərinin səmərəli fəaliyyəti üçün qeydiyyata alındıqları ta­rixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilə­rindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnolo­ji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumların­dan azad olunurlar.

Həmçinin Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, iş­ğaldan azad olunan ərazilərdə fəaliyyət göstərəcək sahibkarlara əlavə güzəştlər tətbiq edilir. Bura sosial sığorta haqlarının sub­sidiyalaşdırılması, düşməndən təmizlənən yaşayış sahələrində məskunlaşaraq işləyən mütəxəs­sislərə hər il 5 gün əlavə məzu­niyyət verilməsi, aylıq vəzifə ma­aşına əlavələrin hesablanması, 600 manat birdəfəlik müavinət verilməsi, iş icazələrinin alınma­sının sadələşdirilməsi kimi im­tiyazlar daxildir. İşğaldan azad olunan ərazidə fəaliyyət göstərən sahibkarın istehsal prosesində is­tifadə edəcəyi bir sıra xammal və materialların idxalı da 10 il müd­dətinə ƏDV-dən azad olunur.

Qeyd edək ki, respublikada fəaliyyət göstərən sənaye parkla­rı və məhəllələrində sahibkarların biznes fəaliyyətini stimullaşdıran, onların vergi və gömrük güzəştləri əldə etmələri üçün əlverişli şərait yaradan, eyni zamanda, 2016-cı ildən tətbiq edilən investisiya təşviqi mexanizmi çərçivəsin­də 7 ildən artıq müddət ərzində 583 layihə təşviq olunub. Həmin layihələrin icrası nəticəsində iqti­sadiyyata 5,6 milyard manatdan artıq investisiya yatırılıb, 38,6 mindən çox iş yerinin yaradılması nəzərdə tutulub. İndiyədək dəyəri 1,8 milyard manatdan artıq olan texnika, texnoloji avadanlıq və qurğular güzəştli şərtlərlə ölkəyə idxal edilib və müasir istehsal sahələri qurulub. 

Təşviq edilmiş layihələrin icra­sı nəticəsində respublikada yeni məhsullar istehsal edən müəs­sisələr yaradılıb. Prezident İlham Əliyevin 20 dekabr 2022-ci il ta­rixli müvafiq fərmanı ilə əvvəlki illərin təcrübəsi nəzərə alınmaqla investisiya təşviqi mexanizmi tək­milləşdirilib. Bu sənəd 2023-cü il yanvarın 1-dən 3 il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları, həmçinin müvafiq ərazilərdə hə­yata keçirilən layihələrə, eləcə də dövlət başçısı tərəfindən müəy­yənləşdirilən istiqamətlər üzrə strateji təşəbbüslərə verilib. 

Yeni meyarlara ekoloji baxım­dan mühüm önəm daşıyan tul­lantıların təkrar emalı fəaliyyət sahəsi də əlavə olunub, eyni zamanda, turizm istiqamətli fəa­liyyət sahələri genişləndirilib. Mexanizm çərçivəsində layihələr üzrə idxal olunan texnika, tex­noloji avadanlıq və qurğuların əhatə dairəsinin dəqiqləşdirilməsi məqsədilə mal mövqelərinin siya­hısı təsdiqlənib. 

Sənaye park və məhəllələri xarici investisiyaların ölkəyə cəl­bində və qeyri-neft sektorunun inkşafında mühüm rol oynayır­lar. Onlar yeni texnologiyaların ölkəyə transfer olunmasında, bununla da rəqabətqabiliyyətli əmtəələr istehsal edilməsində daha çox fərqlənirlər. Eyni za­manda, yerli şirkətlər sənaye park və məhəllələrinin yaradılması ilə bağlı beynəlxalq təcrübədən bəh­rələnməklə həmin texnologiyalar əsasında yeni milli istehsal müəs­sisələrinin açılmasına böyük ma­raq göstərirlər. 

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat