Bank sektorunun xalis mənfəəti 1,76 milyard manata çatıb

post-img

2024-cü il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 178,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çoxdur.

Bankların aktivlərinin 21 milyard 844,6 milyon ma­natını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə ölkədə bank sektorunun kredit portfeli 18,5 faiz genişlənib, kreditlərin aktivlərdəki payı isə 39,2 faizdən 44,4 faizə qalxıb.

Bununla yanaşı, ötən il Azərbaycanın bank sektoru 1 milyard 75,9 milyon manat xalis mənfəət əldə edib. Bu da 2022-ci illə müqayisədə 17,65 faiz çoxdur. 

XQ

İqtisadiyyat