İqtisadiyyata investisiya qoyuluşu 10 faiz yüksəlib

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə əsas kapitala 20 milyard 297 milyon manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8 faiz çox vəsait yönəldilib.

Məlumata görə, neft-qaz sektoruna yatırılan inves­tisiyaların həcmi 10,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 faiz artıb. İstifadə olu­nan vəsaitin 12 milyard 485 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 6 milyard 840 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 971 milyon mana­tı (4,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilən vəsaitlərin 16 milyard 412 milyon manatını və ya 81 faizini daxili vəsaitlər təşkil edib. Həmin vəsaitlərin 14 milyard 560 milyon manatı və ya 72 faizi bilavasitə tikinti-quraşdırma işlərinin ye­rinə yetirilməsinə sərf olunub.

XQ

İqtisadiyyat