Orta aylıq əməkhaqqı 11 faiz artıb

post-img

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin 11 ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923 manat təşkil edib.

Məlumata görə, iqtisadiyyatın mədənçıxarma səna­yesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq əməkhaqqı daha yüksək olub.

2023-cü il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 733 min nəfər olub, onlardan 900 min nəfəri iqtisadiyyatın dövlət sek­torunda, 833 min nəfəri isə qeyri-dövlət sektorunda fəa­liyyət göstərib.

XQ

İqtisadiyyat